Çempionlar Liqası: "Araz Naxçıvan"ın rəqibləri bilindi

Çempionlar Liqası: "Araz Naxçıvan"ın rəqibləri bilindi Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.
Futbol
379
7 İyul , 2021 16:25
Çempionlar Liqası: Araz Naxçıvanın rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Araz Naxçıvan"n da rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqi olduğu komanda F qrupunda "Raba" (Latviya), "Kampuksen Dinamo" (Finlandiya) və "Europa" (Cəbəllütariq) ilə üz-üzə gələcək.

Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi