Çempionlar Liqası: 4 klub böyük hesablı qələbə ilə növbəti mərhələdə

Çempionlar Liqası: 4 klub böyük hesablı qələbə ilə növbəti mərhələdə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Futbol
19 Avqust , 2020 00:52
Çempionlar Liqası: 4 klub böyük hesablı qələbə ilə növbəti mərhələdə

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib. 

"Report"un məlumatına görə, ilk oyun günündə 5 matç keçirilib. Qarşılaşmalardan 4-də böyük hesablı qələbə qeydə alınıb. Azərbaycan təmsilçisi "Qarabağ"dan əlavə, Belarusun "Dinamo" (Brest), Şotlandiyanın "Seltik" və Serbiyanın "Srvena Zvezda" komandaları rəqiblərini darmadağın ediblər. Yalnız Polşa "Legiya"sı qələbəni minimal hesabla əldə edib. 

Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər Çempionlar Liqasında II raunda vəsiqə əldə ediblər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcəklər. 

18 avqust

Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya) - 4:0

Qollar: Xayme Romero, 11. Donald Gerye, 40; 51. Mahir Emreli, 80

21:00. “Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya) - 1:0

Qol: Xose Kante, 82

Qırmızı vərəqə: Kirk Millar, 75 ("Linfild")

22:00. “Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan) - 6:3

Qollar: Mixail Qordeyçuk, 16; 22. Kirill Peçenin, 17. Pavel Sedko, 37. Abdulaye Diallo, 55; 90 - Marin Tomasov, 45. Dorin Rotariu, 47. Abzal Beysebekov, 87

22:45. “Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya) - 6:0

Qollar: Məhəmməd Əl-Yunussi, 6; 90+1. Odson Eduard, 17; 72. Kristofer Jülyen, 31. Qreq Teylor, 46

23:00. “Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq) - 5:0

Qollar: Əl-Fərdu ibn-Nəbuhan, 35; 44; 52. Mirko İvaniç, 78; 87

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da olacaq.

Son xəbərlər

Orphus sistemi