Cəmaləddin Xocaniyazov: "Hələlik Azərbaycan millisində oynamaq istəmirəm"

Cəmaləddin Xocaniyazov: "Hələlik Azərbaycan millisində oynamaq istəmirəm" "Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməməmişəm".
Futbol
8 Avqust , 2022 14:34
Cəmaləddin Xocaniyazov: Hələlik Azərbaycan millisində oynamaq istəmirəm

"Azərbaycan millisində oynamaq ehtimalım var idi. Amma bu variantı heç vaxt düşünməmişəm".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"dan ayrılan Cəmaləddin Xocaniyazov "RİA Novosti"yə müsahibəsində deyib.

Hazırda klubsuz olan 26 yaşlı yarımmüdafiəçi Rusiya "Zenit"indəki sabiq komanda yoldaşı Ramilı Şeydayevin Azərbaycan yığmasını seçməsinə də münasibət bildirib: "Bu, onun qərarıdır. Şeydayevə hörmət edirəm. Amma mən hələlik istəmirəm".

Qeyd edək ki, Cəmaləddin Xocaniyazov 2019-cu ilin avqustunda "Sumqayıt"a keçib. O, Türkmənistanda doğulmuş uyğur əsilli futbolçudur. Xocaniyazov Rusiya vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi