İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" müdafiəçi Renatu Veyqi ilə 7 illik müqavilə bağlayıb.
Qeyd edək ki, son mövsümü İsveçrə təmsilçisi "Bazel"də keçirən 20 yaşlı portuqaliyalı oyunçu meydana çıxdığı 26 matçda 2 qol vurub.