"Çelsi" PSJ-dən ayrılan futbolçu ilə müqavilə imzalayır

"Çelsi" PSJ-dən ayrılan futbolçu ilə müqavilə imzalayır Fransanın PSJ klubu ilə müqaviləsi başa çatandan sonra azad agent olan Tyaqo Silvanın yeni klubu müəyyənləşib.
Futbol
24 Avqust , 2020 17:15
Çelsi PSJ-dən ayrılan futbolçu ilə müqavilə imzalayır
Tyaqo Silva

Fransa PSJ-si ilə müqaviləsi başa çatandan sonra azad agent statuslu futbolçu olan Tyaqo Silvanın yeni komandası müəyyənləşib. 

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı braziliyalı müdafiəçi İngiltərənin "Çelsi" klubu ilə 2 illik müqavilə imzalayacaq. O, Avropada daha 3-4 il oynamaq niyyətindədir. 

Silva Lissabondan Parisə qayıdan kimi London təmsilçisinin baş məşqçisi Frenk Lempardla danışacaq. 

Qeyd edək ki, Tyaqo Silva 2012-ci ildən PSJ-də çıxış edir. Paris təmsilçisi ötən gün Çempionlar Liqasının finalında Almaniya "Bavariya"sına uduzub - 0:1.

Son xəbərlər

Orphus sistemi