"Çelsi" Premyer Liqada ilk məğlubiyyətini alıb

Futbol
  • 21 avqust, 2022
  • 14:52
Çelsi Premyer Liqada ilk məğlubiyyətini alıb

"Çelsi" komandası İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, London təmsilçisi III turda "Lids Yunayted"in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib. Qolları 33-cü dəqiqədə Brenden Eronson, 37-ci dəqiqədə Rodriqo, 69-cu dəqiqədə isə Cek Harrison vurub.

"Lids Yunayted" qələbə sayəsində xallarının sayını 7-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. 4 xalı olan "zadəganlar" 12-cı sırada yer alıb.