"Çelsi"nin sabiq futbolçusu APOEL-ə məşqçi təyin olunub

"Çelsi"nin sabiq futbolçusu APOEL-ə məşqçi təyin olunub Qarabağın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr APOEL-ində məşqçi təyinatı gerçəkləşib.
Futbol
5 Sentyabr , 2019 09:20
Çelsinin sabiq futbolçusu APOEL-ə məşqçi təyin olunub

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr APOEL-ində məşqçi təyinatı gerçəkləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin sabiq futbolçusu Nunu Moraiş Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. 35 yaşlı keçmiş müdafiəçi ilə 2021-ci ilin mayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, Nunu Moraiş futbolçu karyerası ərzində Portuqaliyanın "Maritimu" və İngiltərənin "Çelsi" klublarında da çıxış edib. O, 2007 - 2019-cu illərdə Kipr təmsilçisinin formasını geyinib. "Qarabağ" qrup mərhələsində APOEL-lə ilk matçını oktyabrın 24-də evdə, növbəti görüşü isə noyabrın 7-də Nikosiyada keçirəcək. 

Son xəbərlər

Orphus sistemi