"Çelsi"nin müdafiəçisi "Nyukasl"a transfer olunub

"Çelsi"nin müdafiəçisi "Nyukasl"a transfer olunub "Çelsi" klubunun müdafiəçisi Luis Holl İngiltərənin digər təmsilçisi "Nyukasl"a transfer olunub.
Futbol
1 İyul , 2024 14:30
Çelsinin müdafiəçisi Nyukasla transfer olunub

"Çelsi" klubunun müdafiəçisi Luis Holl İngiltərənin digər təmsilçisi "Nyukasl"a transfer olunub.

"Report" xəbər verir ki, 19 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Nyukasl"da keçirib.

O, meydana çıxdığı 22 matçda 2 qol vurub.

"Çelsi"nin L.Hollun keçidindən qazancı 33 milyon avro olub.

Son xəbərlər

Orphus sistemi