"Çelsi"nin müdafiəçisi İspaniya klubuna keçə bilər
Futbol
- 20 avqust, 2025
- 12:26
İngiltərənin "Çelsi" klubunun futbolçusu Renato Veyqa karyerasını İspaniya təmsilçisi "Vilyarreal"da davam etdirə bilər.
"Report" BBC-yə istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi La Liqa komandası ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Lakin klublar arasında transfer məbləğinin müzakirəsi davam edir. "Zadəganlar" portuqaliyalı oyunçu üçün 40 milyon avro istəyir. Qarşı tərəf isə 35 milyon ödəmək niyyətindədir.
Qeyd edək ki, Renato Veyqa 2024/2025 mövsümünün ikinci yarısını icarə əsasında İtaliya təmsilçisi "Yuventus"da keçirib. O, bütün turnirlərdə 33 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Çelsi" ilə 2031-ci ilin yayınadək müqaviləsi var.
Son xəbərlər
22:37
KİV: ABŞ İranla müharibə zamanı 16 "MQ-9 Reaper" PUA-sı itirib
Digər ölkələr22:23
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Digər ölkələr22:06
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
Digər ölkələr21:53
IMF, Dünya Bankı və IEA İrana qarşı müharibənin iqtisadi nəticələrinin aradan qaldırılması üzrə qrup yaradır
Digər ölkələr21:42
Abdukodir Xusanov "Mançester Siti"də martın ən yaxşı oyunçusu seçilib
Futbol21:33
Almaniyada silahlı hücum zamanı bir neçə nəfər yaralanıb
Digər ölkələr21:16
UNCTAD: Hörmüz boğazının bloklanması dünya ticarətinin artımını kəskin yavaşlada bilər
Digər ölkələr20:57
Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
Region20:54