"Çelsi"nin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

Futbol
  • 13 mart, 2020
  • 09:46
Çelsinin koronavirusa yoluxan futbolçusu açıqlama verdi

"Yəqin ki, bilirsiniz, son günlərdə virusa yoluxdum. Sağlamlıq qaydalarına riayət edirəm".

"Report" xəbər verir ki, bu fikirləri İngiltərə təmsilçisi "Çelsi"nin koronavirusa yoluxan futbolçusu Kallum Hadson-Odoi klubun rəsmi saytına açıqlamasında deyib.

20 yaşlı ingiltərəli hücumçu hər kəslə əlaqəni kəsdiyini vurğulayıb: "Son iki gün ərzində məndə virus var idi. Artıq sağalmışam. Ümid edirəm ki, tezliklə hamını görəcəyəm və meydanda olacağam".

Qeyd edək ki, Kallum Hadson-Odoinin koronavirusa yoluxmasından sonra "Çelsi" komandanın karantinə alınacağını açıqlayıb. Baş məşqçi Frank Lampardın bu günə təyin olunan mətbuat konfransı ləğv edilib.