Xorvatiya millisinin futbolçusu Mateo Kovaçiç sentyabrın 9-da AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla səfər oyununda iştirak etməyəcək.
"Report" Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun oyunçusu zədəli olduğu üçün heyətdən kənarlaşdırılıb. 25 yaşlı yarımmüdafiəçinin yerinə yerli "Hayduk"dan Miyo Çaktaş yığmaya cəlb olunub.
Qeyd edək ki, daha öncə İvan Rakitiçin Azərbaycan millisi ilə görüşdə iştirak etməyəcəyi dəqiqləşib. Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq.