"Çelsi"nin baş məşqçisi Premyer Liqanı tənqid edib

"Çelsi"nin baş məşqçisi Premyer Liqanı tənqid edib İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel Premyer Liqa rəhbərliyini tənqid edib
Futbol
27 Dekabr , 2021 10:03
Çelsinin baş məşqçisi Premyer Liqanı tənqid edib
Tomas Tuxel

İngiltərənin "Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel Premyer Liqa rəhbərliyini tənqid edib.

"Report"un məlumatına görə, 48 yaşlı mütəxəssis "Aston Villa"nı səfərdə 3:1 hesabı ilə məğlub etdikləri XIX tur oyununda əvəzetmələrin sayından şikayətlənib.

Çempionatda 5 əvəzetmədən istifadənin gərəkliyini söyləyən almaniyalı baş məşqçi sıx qrafiklə oynadıqlarını da vurğulayıb: "Qışda yalnız biz oynayırıq. Bunu bəyənirəm, amma futbolçuları qorumuruq. Bütün digər çempionatlarda beş əvəzetməyə icazə verilir. Sonra isə Çempionlar Liqasında onların klubları ilə oynayırıq".

Tuxel dekabrın 29-da XX turda "Brayton"la üz-üzə gələcəklərini xatırladıb: "Fiziki cəhətdən çətin matç olacaq. Sonra avrokuboklardan kənarlaşdırılan, bütün diqqətini Premyer Liqaya və Liqa Kubokuna verən "Tottenhem"lə iki görüşümüz olacaq".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada 41 xalla "Liverpul"la birlikdə 2-3-cü yerləri bölüşdürür.

Son xəbərlər

Orphus sistemi