"Çelsi"ni almaq istəyən üç əsas namizəd yekun danışıqlara çağırılıb

"Çelsi"ni almaq istəyən üç əsas namizəd yekun danışıqlara çağırılıb İngiltərənin "Çelsi" klubunu almağa üç namizəd danışıqların yekun mərhələsinə dəvət olunub.
Futbol
202
27 Aprel , 2022 16:48
Çelsini almaq istəyən üç əsas namizəd yekun danışıqlara çağırılıb

İngiltərənin "Çelsi" klubunu almağa əsas namizədlər danışıqların yekun mərhələsinə dəvət olunub.

"Report" "The Sun"a istinadən xəbər verir ki, razılaşmanın son mərhələsini ABŞ-ın "The Raine Group" şirkəti aparır.

London təmsilçisini almaq üçün müraciət edənlər arasında "Mercesdes"də çıxış "Formula 1" pilotu Lüis Hemilton və məşhur tennisçi Serena Uilyamsın daxil olduğu konsorsium, ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən Todd Boeli, İtaliyanın "Atalanta" futbol klubunun və NBA-da çıxış edən "Boston Seltiks" komandasının sahibi Stiven Palyuka da var.

Yekun təqdimat həftəsonu baş tutacaq. Bütün iddiaçılar "Stemford Bric" stadionunun yenidən qurulması planlarını təqdim etməlidir. Bundan əlavə, həmin şəxsdən hən qısa, həm də ortamüddətli perspektivdə klubu maliyyələşdirməsi tələb olunacaq.

İngiltərə Premyer Liqası rəhbərliyi sahibləri yoxlamağa başlamazdan əvvəl "Çelsi"nin prezidenti Roman Abramoviç seçilmiş namizədi şəxsən təsdiqləməlidir. Klubun rəsmən mövsümün sonunda satılacağı ehtimal olunur.

Qeyd edək ki, rusiyalı Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. O, fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi