“Çelsi” klubuna transfer qadağası qoyula bilər

“Çelsi” klubuna transfer qadağası qoyula bilər London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir
Futbol
19 Yanvar , 2018 10:00
“Çelsi” klubuna transfer qadağası qoyula bilər

Bakı. 19 yanvar. REPORT.AZ/ İngiltərənin “Çelsi” futbol klubuna transfer qadağası qoyula bilər.

“Report”un “The Guardian”a istinadən verdiyi məlumata görə, London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir.

Bildirilir ki, FIFA-nın İntizam Komitəsi hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Lakin “Çelsi” klubu ittihamları qəbul etmir. Londonluların qanuna əməl etmədikləri təsdiqlənərsə, kluba transfer qadağasının qoyulacağı gözlənilir.

Qeyd edək ki, FIFA əvvələr 18 yaşı tamam olmamış futbolçuların transferi zamanı qayda pozuntusuna yol verən İspaniya təmsilçiləri – “Real Madrid”, “Barselona” və “Atletiko”ya qarşı sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi