"Çelsi" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir

"Çelsi" "Barselona"nın yarımmüdafiəçisini transfer etmək istəyir Barselonanın yarımmüdafiəçisi Filippe Koutinyo Çelsinin transfer maraqları dairəsinə düşüb.
Futbol
104
22 Aprel , 2019 06:49
Çelsi Barselonanın yarımmüdafiəçisini transfer etmək istəyir

"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyo "Çelsi"nin transfer maraqları dairəsinə düşüb.

"Report" xəbər verir ki, əgər Eden Azar yayda Madrid "Real" klubuna keçsə, İngiltərə klubu yarımmüdafiəçi üçün mübarizə aparmağa hazırdır.

Komandalar bununla bağlı artıq danışıqlar aparır. Hətta danışıqların yekunlaşmaq üzrə olduğu qeyd edilir.

Filippe Koutinyo "Barselona"ya 2018-ci ilin yanvarında "Liverpul"dan keçib. Lakin o, start heyətdə möhkəmlənə bilməyib.

Yarımmüdafiəçi Katalon klubunda 31 matç keçirib. O, bu matçların 19-da start heyətdə olub və 5 qol vurub, habelə 2 məhsuldar ötürmə edib.  

Daha əvvəl Filippe Koutinyo "Mançester Yunayted"lə matçda topu rəqib qapısından keçirərək komandasını qələbə qollarından birinə imza atıb.

Son xəbərlər

Orphus sistemi