"Mançester Yunayted" "Qarabağ"ın aqibəti ilə üzləşib

"Mançester Yunayted" "Qarabağ"ın aqibəti ilə üzləşib İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi “Çelsi”nin göstəricisini təkrarlayıb.
Futbol
17 Aprel , 2019 09:35
Mançester Yunayted Qarabağın aqibəti ilə üzləşib

İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasında İngiltərə təmsilçisi “Çelsi”nin göstəricisini təkrarlayıb.

“Report” “OptaJoe” “Twitter” səhifəsinə istinadən xəbər verir ki, katoloniyalılar 1/4 final mərhələsinin cavab matçında İngiltərənin digər komandası - “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub etdikləri görüşdə bütün qolları cərimə meydançasının kənarından vurublar.

Ernesto Valverdenin rəhbərlik etdiyi kollektivin heyətində 16-cı və 20-ci dəqiqələrdə kapitan Lionel Messi, 61-ci dəqiqədə isə Filippe Koutinyo topu rəqib qapısından keçirib.

Qitənin ən nüfuzlu klub turnirində sonuncu dəfə oxşar hal 12 sentyabr 2017-ci ildə “Çelsi”nin qrup mərhələsində “Qarabağ”ı 6:0 hesabı ilə məğlub etdiyi ev oyununda qeydə alınıb. Londonda baş tutan qarşılaşmada Pedro Rodriges 5-ci, Davide Zapakosta 30-cu, Miçi Batşuayi isə 76-cı dəqiqədə rəqibin cərimə meydançasına daxil olmadan vurduqları zərbə ilə fərqləniblər.

Qeyd edək ki, “Barselona” yarımfinalda “Liverpul” (İngiltərə) - "Portu" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi