Cavid İmamverdiyev: "Sabah"ın məqsədi Premyer Liqada qalmaqdır"

Cavid İmamverdiyev: "Sabah"ın məqsədi Premyer Liqada qalmaqdır" Bakı. 9 fevral. REPORT.AZ/ Qəbələ ilə oyunumuz hər zaman ağır keçib. Bu gün də təsdiqləndi.
Futbol
34020
9 Fevral , 2019 19:39
Cavid İmamverdiyev: Sabahın məqsədi Premyer Liqada qalmaqdır

Bakı. 9 fevral. REPORT.AZ/ "Qəbələ" ilə oyunumuz hər zaman ağır keçib. Bu gün də təsdiqləndi".

"Report" xəbər verir ki, bunu "Sabah"ın kapitanı Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

26 yaşlı yarımmüdafiəçi bildirib ki, 45+1-ci dəqiqədə Marko Deviçin qırmızı vərəqə almasından sonra durumları daha çətinləşib:

"Bundan sonra da toparlana bilərdik. Heç-heçəlik oyun idi. Hücumçumuzu itirdik, alınmadı. Çalışacağıq ki, növbəti turda "Səbail" ilə qarşılaşmada bu oyunu unutduraq".

Deviçin ikinci dəfə simulyasiyaya görə sarı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiniz?

- Hakimdir, qərar veribsə, elədir. Əlbəttə, belə epizodlarda kapitan kimi etirazını bildirməlisən.

Ancaq videotəkrarda simulyasiya olduğu görünür...

- Görsən də belə, vərəqə verməməsi üçün hakimə etiraz etməlisən.

Komandanı pis durumda qoyuğu üçün Deviçə etirazınızı bildirdiniz?

- Futboldur, onun yerinə hamı ola bilərdi. Marko o qədər oyunda bizi qurtarıb, qələbə qazanmışıq. Onu qınamalı olduğumuzu düşünmürəm. O da penalti qazanmağımızı istəyirdi. Heyif ki, belə alındı.

Uduzmaqla bir pillə gerilədiniz. Bu sizi qorxutmur?

- Xeyr, hədəfimiz Premyer Liqada qalmaqdır. Xallar qazanaraq, bunu bacaracağımıza inanıram.

Ardıcıl iki oyundur azlıqda qalırsınız. Komandada intizamsızlıq var?

- Qırmızı vərəqləri intizamsızlığa bağlamaq istəmirəm. Hər ikisi oyun epizodudur. Kimsə kimisə gedib vurmur ki, nizam-intizamın olmadığını deyəm. Elşad Əhmədov elə nizam-intizam yaradıb ki, hansısa futbolçunun qaydalara riayət etməyəcəyinə inanmıram.

Amma uzun müddət azlıqda oynayanda planlar pozulur...

- Yenə deyirəm, intizamsızlığa bağlamaq istəmirəm. Futboldur, hər şey ola bilər. Penalti almaq istəyirdi, alınmadı.

Hakim qərarları oyunun nəticəsinə təsir göstərdi?

- Hakim haqda heç nə demək istəmirəm. Bu barədə danışmağı sevmirəm, danışmayacağam da. Hakimlərin də öz rəhbərlikləri var, qərarı onlar verəcək. Necə məsləhətdirsə, elə də olacaq.

Son xəbərlər

Orphus sistemi