Cavid Hüseynovun adı "Sumqayıt"la oyunun iştirak ərizəsinə daxil edilib

Cavid Hüseynovun adı "Sumqayıt"la oyunun iştirak ərizəsinə daxil edilib Futbolçunun meydana çıxacağı gözlənilir
Futbol
25 Oktyabr , 2016 14:58
Cavid Hüseynovun adı Sumqayıtla oyunun iştirak ərizəsinə daxil edilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin bir neçə gün əvvəl müqavilə imzaladığı sabiq kapitanı Cavid Hüseynov bu gün Azərbaycan Premyer Liqasının IX turunda "Sumqayıt"a qarşı keçəcəkləri oyunda meydana çıxa bilər. 

Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, futbolçunun adı oyunun iştirak ərizəsinə daxil edilib.

Onun adı ehtiyat oyunçular skamyasında yer alıb. Yəni, yarımmüdafiəçi oyunun gedişatında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, baş məşqçi Roman Qriqorçuk mətbuata açıqlamasında həbsdən yeni azad olmuş futbolçunun fiziki hazırlığından razı qaldığını bildirib, onun bu gün meydanda olacağını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi