Cari avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib

Cari avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib Bu gün futbol üzrə 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib.
Futbol
25 İyul , 2019 00:59
Cari avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib

Bu gün futbol üzrə 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinin növbəti görüşləri keçirilib.

"Report"un məlumatına görə, Çempionlar Liqasında (ÇL) 7, Avropa Liqasında isə 1 qarşılaşma oynanılıb.

Yeganə heç-heçə Azərbaycan çempionu "Qarabağ"ın İrlandiyada "Dandolk"la matçına təsadüf edib. Qalan görüşlərdə meydan sahibləri qələbə qazanıb. "Seltik" Şotlandiyada Estoniya "Nımme Kalyu"sunu 5:0 hesabı ilə yenərək, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

"Qarabağ" isə bu mərhələni adlaya bilməsə, Avropa Liqasının III raundunda “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) cütünün qalibi ilə görüşəcək. Slovakiyadakı görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

21:00. BATE (Belarus) – “Rusenborq” (Norveç) - 2:1

Qollar: İqor Staseviç, 5 (pen.). Maksim Skavış, 51 - Anders Konradsen, 25

22:00. "CFR Kluj" (Rumıniya) - “Makkabi” (Tel-Əviv, İsrail) - 1:0

Qol: Billel Omrani, 22

22:00. “Ferensvaroş” (Macarıstan) - “Valetta” (Malta) - 3:1

Qollar: Henri Bonello, 19 (öz qapısına). Davide Lanzafame, 36 (penalti ilə); 59 - Yuri De Xesus Messias, 85

Qırmızı vərəqə: Stiv Borq, 90+4 ("Valletta")

22:15. “Maribor” (Sloveniya) - AIK (İsveç) - 2:1

Qollar: Rok Kranoveter, 6. Saşa İvkoviç, 38 - Henok Qoytom, 28

22:45. “Seltik” (Şotlandiya) - “Nımme Kalyu” (Estoniya) - 5:0

Qollar: Kristoffer Ayer, 36. Rayan Kristi, 44 (penalti ilə); 65. Li Qriffits, 45+3; Kallum MakQreqor, 77

22:45. “Dandolk” (İrlandiya) - “Qarabağ” (Azərbaycan) - 1:1

Qollar: Patrik Hoban, 78 - Mahir Emreli, 4

22:45. “Srvena Zvezda” (Serbiya) - HİK (Finlandiya) - 2:0

Qollar: Riçmond Boakyo, 27. Milan Pavkov, 90

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. “Slovan” (Bratislava, Slovakiya) – “Feronikeli” (Kosovo) - 2:1

Son xəbərlər

Orphus sistemi