Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər

Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.
Futbol
10 Aprel , 2020 12:45
Bundesliqa oyunlarına 126 nəfər buraxıla bilər
0 : 00
0 : 00

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasının bərpası ilə bağlı yeni variant müzakirə olunur.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, çempionatın mayın 2-də deyil, 9-da yenidən başlayacağı gözlənilir.

İddiaya görə, matçların demək olar ki, azarkeşsiz keçirilməsi gündəmdədir. Oyun vaxtı stadiona cəmi 126 nəfər buraxılacaq ki, bunlar da texniki və tibbi personal, 4 topdaşıyan yeniyetmə, təhlükəsizlik xidmətinin əməkdaşları, klubların nümayəndələri və 30 jurnalist olacaq.

Məlumatda II Bundesliqanın mayın 16-da bərpa oluna biləcəyi də vurğulanıb.

Qeyd edək ki, Almaniya Bundesliqasının oyunları martın 13-də dayandırılıb.

Son xəbərlər

Orphus sistemi