Bundesliqa klubu yeni qapıçı aldı - RƏSMİ

Futbol
  • 08 aprel, 2020
  • 16:15
Bundesliqa klubu yeni qapıçı aldı - RƏSMİ

Almaniyanın "Bayer" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" Leverkuzen komandasının rəsmi saytına istinadən xəbər verir ki, III Bundesliqa təmsilçisi "Kayzerslautern"in qapıçısı Lennart Qrill ilə 4 illik müqavilə imzalanıb.

21 yaşlı qolkiperin yeni mövsümdən "Bayer"ə qoşulacağı bildirilib.

Qeyd edək ki, L.Qrill Almaniyanın U-21 yığmasının da formasını geyinir.