Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb

Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb Almaniya "Hoffenhaym"ı baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.
Futbol
17 May , 2022 21:50
Bundesliqa klubu baş məşqçisi ilə vidalaşıb

Almaniya "Hoffenhaym"ı baş məşqçisi Sebastyan Hönesslə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bundesliqa təmsilçisi Hönessin başçılığı altında mövsümü 9-cu pillədə başa vurub.

Qeyd edək ki, Sebastyan Höness "Bavariya" klubunun sabiq prezidenti Üli Hönessin qardaşı oğludur. O, 2020-ci ilin yayından "Hoffenhaym"a rəhbərlik edirdi.

Son xəbərlər

Orphus sistemi