Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub

Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub Münhenin "Bavariya" klubu Almaniya çempionatının 5-ci turunda "Bohum"u 7:0 hesabı ilə darmadağın edib.
Futbol
211
18 Sentyabr , 2021 20:53
Bundesliqa: Bavariya 7 cavabsız top vurub

Münhenin "Bavariya" klubu Almaniya çempionatının 5-ci turunda "Bohum"u 7:0 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, qolları Leroy Sane, Yozua Kimmix (dubl), Serj Qnabri, Erik-Maksim Şupo-Motinq və Robert Levandovski vurublar.

5 turdan sonra "Bavariya" 13 xalla turnir cədvəlinə başçılıq edir. Münhen klubu 5 matçda 20 qol vuraraq cəmi 4 qol buraxıb.

"Bohum" isə üç xalla 17-ci yerdədir.

Növbəti matçda "Bavariya" "Qroyter Fyurt"la qarşılaşacaq. "Bohum" isə "Ştutqart"la üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi