Bukmeker kontorlarından birinin müştərisi "Neftçi"nin Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçına 2 milyon rubl (53 min 600 manat) pul qoyuluşu edib.
"Report" championat.com saytına istinadən xəbər verir ki, həmin şəxs oyunda heç-heçə qeydə alınmayacağına və Tula təmsilçisinin ən azı bir qol vuracağını təxmin edib. Belə bir nəticənin olmasına isə 1,38 əmsal verilib. Görüş heç-heçə bitməsə də, "Arsenal" qol vura bilmədiyi üçün müştəri 2 milyon rubl uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-də "Bakcell Arena"da keçiriləcək.