Bu mövsüm Çempionlar Liqası 3 klub və 3 futbolçu üçün əlamətdar olacaq

Bu mövsüm Çempionlar Liqası 3 klub və 3 futbolçu üçün əlamətdar olacaq Bakı.17 sentyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının yeni mövsümdə qrup mərhələsinin ilk turu üç futbolçu üçün əlamətdar olacaq.
Futbol
17 Sentyabr , 2018 17:46
Bu mövsüm Çempionlar Liqası 3 klub və 3 futbolçu üçün əlamətdar olacaq

Bakı.17 sentyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasının yeni mövsümdə qrup mərhələsinin ilk turu üç futbolçu üçün əlamətdar olacaq. 

"Report" xəbər verir ki, İspaniya milli komandasının əfsanəvi qapıçısı İker Kasilyas Çempionlar Liqasında özünün 20-ci mövsümündə iştirak edəcək. Portuqaliyanın "Portu" klubunun heyətində çıxış edən təcrübəli qolkiper bununla da rekorda imza atacaq.

İlk turda Almaniya "Bavariya"sının futbolçusu Tomas Müller də turnirin tarixinə düşə bilər. 29 yaşlı hücumçu səfərdə Portuqaliya "Benfika"sı ilə matçda meydanda çıxsa, Çempionlar Liqasında 100-cü oyununu keçirəcək. İndiyədək bu, qrup mərhələsi və finallar daxil olmaqla 34 futbolçuya nəsib olub.

Cari mövsüm İtaliya "Yuventus"unun ulduz futbolçusu Kriştianu Ronaldu üçün də əlamətdar olacaq. 33 yaşlı hücumçu üçüncü komandanın heyətində Çempionlar Liqasını qazanmağa çalışacaq. O daha əvvəl əvvəl çıxış etdiyi İngiltərənin "Mançester Yunayted" klubunun heyətində bir, İspaniya "Real Madrid"də isə dörd dəfə bu turnirin qalibi olub.

Bu mövsüm həmçinin 3 klub Çempionlar Liqasının qrup mərhələsində debüt edəcək. İsveçrənin "Yanq Boyz", Almaniyanın "Hoffenhaym" və Serbiyanın "Srvena Zvezda" komandaları turnirdə ilk dəfə iştirak edəcəklər. Beləliklə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubların sayı 140-a yüksələcək.

Son xəbərlər

Orphus sistemi