Bu gün “Qarabağ” komandası Çempionlar Liqasında növbəti matçını keçirəcək

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasında növbəti matçını keçirəcək Ağdam klubu III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova təmsilçisi “Şerif”i qəbul edəcək
Futbol
231
25 İyul , 2017 07:30
Bu gün “Qarabağ” komandası Çempionlar Liqasında növbəti matçını keçirəcək

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün “Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirəcək. 

“Report”un məlumatına görə, Ağdam klubu III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Moldova təmsilçisi “Şerif”i qəbul edəcək.

Ardıcıl dördüncü mövsüm qitənin ən nüfuzlu klub turnirində çıxış edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəlki illərdə məhz bu raundda mübarizəni dayandırıb və yoluna Avropa Liqasında davam edib. Bu baxımdan “Qarabağ”ın “Şerif”lə dueldə tilsimi qırmaq üçün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşdə müsbət nəticə əldə etməsi vacibdir.

Qeyd edək ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində Gürcüstan çempionu “Samtredia”nı mübarizədən kənarlaşdırıb (5:0, 1:0). Tiraspol klubu isə Albaniyanın “Kukes”i komandasından güclü olub (1:0, 1:2).

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

25 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)

Baş hakim: Sergey Tsınkeviç

Yan xətt hakimləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

(gecə növbəsi, 07:30)

Son xəbərlər

Orphus sistemi