Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək.
Futbol
1177
11 Dekabr , 2017 07:47
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 ilk oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Qəbələ" "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşmada komandalar ilk dəfə kubok matçında üz-üzə gələcəklər. "Azərsun Arena"da isə "Qarabağ" artıq dördüncü dəfə "Sumqayıt"la növbəti mərhələ uğrunda mübarizə aparacaq. Bu kollektivlərin 20011-2012 mövsümündəki 1/8 final görüşündə "Qarabağ" 3:0, 2015-2016 mövsümündə 1/4 finalda 2:0 və 4:1, 2016-2017 mövsümündə isə 6:0 və 5:2 hesablı qələbələrlə mərhələ adlayıb. Başqa sözlə, ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə yolları kəsişən komandaların 5 oyununun hamısında Ağdam təmsilçisi qələbə qazanıb. 4 dəfə böyük hesabla qalib gələn Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv öz meydanındakı 3 görüşdə qol da buraxmayıb.

Azərbaycan Kuboku, 1/4 final

İlk oyunlar

11 dekabr (bazar ertəsi)

16:00. "Qəbələ" – "Səbail"

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Vüsal Qənbərov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

19:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, İsgəndər Əliyev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Sakin Məmmədzadə

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena"

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Kəpəz"i 2:0, "Zirə" isə "Neftçi"ni 1:0 hesabı ilə yenib. Cavab görüşləri 14-15 dekabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi