Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq.
"Report"un məlumatına görə, günün ilk qarşılaşmasında "Qarabağ" və "Bakı" komandaları üz-üzə gələcək.
Ötən tur istirahət edən Ağdam klubu 2015-ci ildə ilk çempionat oyununa çıxacaq. Paytaxtın eyniadlı klubu isə son turda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.
Yubiley turunun son görüşü isə Lənkəranda baş tutacaq. Burada yerli "Xəzər Lənkəran" paytaxtın "İnter" klubunu qəbul edəcək.
07 fevral (şənbə)
16:00. "Qarabağ" – "Bakı"
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Vüsal Qənbərov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Gülağa Cabbarov
Tofiq Bəhramov adına Respublika stadionu.
17:00. "Xəzər Lənkəran" – "İnter"
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Coşqun Həsənov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
“Xəzər Lənkəran” mərkəzi stadionu.
Qeyd edək ki, XX turun ilk oyun günündə 2 görüş keçirilib. "Qəbələ" doğma meydanda AZAL-a 0:1 hesabı ilə məğlub olub. "Neftçi" isə Bakıda "Simurq"la sülh bağlayıb - 0:0.