Bu gün Avropa çempionatında son yarımfinalçılar məlum olacaq

Bu gün Avropa çempionatında son yarımfinalçılar məlum olacaq Hər 2 görüş "Bakcell Arena"da keçiriləcək
Futbol
15 May , 2016 08:31
Bu gün Avropa çempionatında son yarımfinalçılar məlum olacaq

Bakı. 15 May. REPORT.AZ/ Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatında son 1/4 final oyunları bu gün keçiriləcək.

“Report” xəbər verir ki, qalan 2 yarımfinalçının adı İspaniya - İngiltərə və İsveç - Hollandiya matçlarında müəyyənləşəcək. Hər 2 görüş "Bakcell Arena"da olacaq.

Əvvəlcə meydana “D” qrupunun qalibi İspaniya ilə “C” qrupunun ikincisi İngiltərə çıxacaq. Matçı Skandinaviya təmsilçisi Sveyn-Erik Edvartsen idarə edəcək. Elə digər matç da skandinaviyalı FİFA referisinə - finlandiyalı Ville Nevalaynenə həvalə olunub. O, “C” qrupunun lideri İsveçlə “D” qrupunda 2-ci yeri tutan Hollandiya arasında oyunun baş hakimi olacaq.

Xatırladaq ki, ilk yarımfinalçılar Portuqaliya və Almaniya yığmaları olub. Portuqaliya İsveç-Hollandiya, Almaniya İspaniya-İngiıtərə cütünün qalibini gözləyir.


15 May

16:00. İspaniya - İngiltərə
Baş hakim: Sveyn-Erik Edvartsen (Norveç)
"Bakcell Arena" stadionu

20:00. İsveç - Hollandiya
Baş hakim: Ville Nevalaynen (Finlandiya)
"Bakcell Arena" stadionu

Son xəbərlər

Orphus sistemi