Britaniya Parlamentində deputatlar futbol oynadıqları üçün cəzalandırılıblar - VİDEO

Futbol
  • 22 noyabr, 2018
  • 16:36
Britaniya Parlamentində deputatlar futbol oynadıqları üçün cəzalandırılıblar - VİDEO

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniya Parlamentində İcmalar palatasının deputatları futbol oynadıqları üçün cəzalandırılıb.

“Report” “Daily Mail”a istinadən xəbər verir ki, palatanın spikeri Con Berkou deputatlara bu hərəkətlərinə görə töhmət verib.

Daha əvvəl Şotlandiya Milli Partiyasının Parlamentdəki təmsilçisi Hanna Bardell bu hadisəni videoya çəkərək internetdə yerləşdirib. Videoda görüntülənən millət vəkilləri üzr istəməli olublar.

44 filmi