Braziliyalı futbolçu müqaviləsinin müddətinin uzadılması üçün "Neftçi"dən təklif gözləyir

Braziliyalı futbolçu müqaviləsinin müddətinin uzadılması üçün "Neftçi"dən təklif gözləyir "Neftçi"də çıxış edən braziliyalı futbolçu Yuri Matias müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubdan təklif gözləyir.
Futbol
January 21, 2025 06:57
Braziliyalı futbolçu müqaviləsinin müddətinin uzadılması üçün Neftçidən təklif gözləyir

"Neftçi"də çıxış edən braziliyalı futbolçu Yuri Matias müqaviləsinin müddətinin uzadılması ilə bağlı klubdan təklif gözləyir.

"Report"un məlumatına görə, 29 yaşlı müdafiəçi bu barədə "Prosport.ro" saytına müsahibəsində bildirib:

O, "ağ-qaralar"da vəziyyətin hələlik yaxşı olmadığını söyləyib:

"Təəssüf ki, komanda istədiyimiz yerdə deyil. "Neftçi" Azərbaycanın ən çox sevilən klubudur. Nəticə yoxdursa, insanların narazı qalması normaldır. Komandanı əvvəlki vəziyyətinə qaytarmaq üçün çalışırıq. "Neftçi"yə son ölkə çempionluğunu qazandıran baş məşqçi gəlib".

Braziliyalı oyunçu bütün matçlara ilk "11-lik"də başladığı üçün razı olduğunu deyib:

"Mən yalnız zədələndiyim zaman meydana çıxmamışam. Hazırda iyunadək müqaviləm var və bu müddətin uzadılması üçün təklif gözləyirəm".

Qeyd edək ki, Yuri Matias 2023-cü ildən "Neftçi"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi