Braziliyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etməyib

Braziliyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etməyib Braziliyanın "Nautiko" klubunda çıxış edən Vinisyus Santos Silva Azərbaycandan təklif alıb.
Futbol
24 Noyabr , 2021 09:38
Braziliyalı futbolçu Azərbaycan klubunun təklifini qəbul etməyib

Braziliyanın "Nautiko" klubunda çıxış edən futbolçu Vinisius Santos Silva Azərbaycandan təklif alıb.

"Report"un məlumatına görə, 28 yaşlı vinger bu barədə "Futebolbahiano" nəşrinə açıqlamasında bildirib.

Braziliyalı oyunçu klubun adını açıqlamasa da, təklifi öz istəyi ilə rədd etdiyini bildirib. Santos Silva "Baiya"nın da onunla maraqlandığını, lakin keçidinə hazırkı klubunun icazə vermədiyini söyləyib.

Qeyd edək ki, "Nautiko" Braziliya B Seriyasında mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi