Braziliyada azarkeş meydana daxil olaraq, qapıçıya master-klass keçib

Futbol
  • 25 aprel, 2022
  • 11:31
Braziliyada azarkeş meydana daxil olaraq, qapıçıya master-klass keçib

Braziliya D Seriyasının "Santa Kruz" - ASA matçında maraqlı hadisə baş verib.

"Report"un məlumatına görə, meydan sahiblərinin azarkeşi komandasının 1:2 hesabı ilə uduzduğu oyundan sonra meydana daxil olub.

Fanat buraxılan qollar zamanı kobud səhvlərə yol vermiş qapıçıya master-klass keçib. O, qolkiperə topları necə götürməli olduğunu göstərib.

Daha sonra təhlükəsizlik xidmətinin əməkdaşları tərəfdarı azarkeşlərin olduğu tribunanın qarşısına gətiriblər.