Braziliya yığmasının qapıçısı müasir futbolun tarixinə düşüb

Braziliya yığmasının qapıçısı müasir futbolun tarixinə düşüb Alisson Bekkerə 2 dəfə qırmızı vərəqə göstərilsə də, o, meydandan qovulmayıb
Futbol
277
28 Yanvar , 2022 09:27
Braziliya yığmasının qapıçısı müasir futbolun tarixinə düşüb

Braziliya yığmasının qapıçısı Alisson Beker müasir futbol tarixinə düşüb.

"Report"un məlumatına görə, 30 yaşlı qolkiper VAR sisteminin mövcud olduğu vaxtdan iki dəfə qırmızı vərəqə almasına baxmayaraq, barəsindəki qərarın dəyişdirildiyi ilk oyunçu olub.

Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XV tur qarşılaşmasında Braziliya səfərdə Ekvadorla heç-heçə edib - 1:1. 31-ci dəqiqədə baş hakim Bekerə qırmızı vərəqə göstərsə də, video-təkrara baxdıqdan sonra qərarını ləğv edib.

İkinci dəfə isə referi uzatma dəqiqələrində eyni halı təkrarlayıb.

Bu nəticədən sonra Braziliya millisi 36 xalla 1-ci pillədə qalıb. 24 xala malik Ekvador yığması isə 3-cüdür.

Son xəbərlər

Orphus sistemi