Braziliya klubunun avtobusunda partlayış olub, 3 oyunçu yaralanıb
Futbol
- 25 fevral, 2022
- 17:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın "Baiya" futbol klubunun avtobusunda partlayış baş verib.
"Report"un yerli mətbuata istinadən məlumatına görə, hadisə nəticəsində 3 oyunçu yaralanıb.
İnsident komanda "Sampayo Korrea" ilə Şimal-Şərq Kubokunun ev matçına gələrkən yaşanıb. Klub tviterdə qanlı oturacaqların və zədələnmiş avtobusun şəkillərini yayımlayıb. Salvador polisi isə faktla bağlı araşdırmalara başlayıb.
Partlayışda ən ağır xəsarəti qapıçı Danilo Fernandes alıb. Üz nahiyəsindən yaralanan qolkiper xəstəxanaya yerləşdirilib. Hazırda durumu yaxşı olan Fernandesin hələlik xəstəxanada qalacağı bildirilib. Qapıçı ilə yanaşı, müdafiəçi Mateus Baiya və hücumçu Marselo Çirino da yaralanıb.
Son xəbərlər
01:02
NHK: 1,2 milyondan çox istifadəçinin məlumatları sızdırılıb
Digər ölkələr
00:41
SEPAH: Daha bir neft tankeri Hörmüz boğazında minaya düşərək yanıb
Region
00:10
Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərinin transformasiyasını müzakirə edəcək
Region
23:56
Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Digər ölkələr
23:43
Suraxanı və Sabunçunun bir sıra ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
23:36
Paşinyan: Ermənistanda Rusiyanın hərbi bazasına ehtiyac görmürük
Region
23:19
Foto
Vitali Yakovlev: Azərbaycanın vençur bazarının əsas problemlərindən biri maliyyələşməyə çıxışdır
Maliyyə
22:46
İngiltərə Premyer Liqası: "Arsenal" "Mançester Siti" ilə heç-heçə edib
Futbol
22:39
Antonelli "Formula 1" üzrə Qətər Qran-prisinin qalibi olub
Formula 1