Bakı. 11 fevral. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında XXI turun "Neftçi" - "Xəzər Lənkəran" matçında insident baş verib. "Report"un oyunu "Bakcell Arena"da izləyən əməkdaşının verdiyi məlumata görə, ilk yarının ortalarında "Neftçi"nin bir neçə fanatını polislər tribunadan çölə çıxarıblar.
Bu addımın səbəbi bilinmir. Tribunadan çıxarılanlar "Neftçimania" fan-klubunun üzvləridir.
Qeyd edək ki, hazırda hesab açılmayıb - 0:0.