Böyük Britaniya səfiri AVRO-2020-də İngiltərənin çempion olacağına inanır

Böyük Britaniya səfiri AVRO-2020-də İngiltərənin çempion olacağına inanır “Futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsi çərçivəsində şənbə günü Bakıda keçiriləcək Çexiya-Danimarka oyununa getməyə ümid edirəm”.
Futbol
116
2 İyul , 2021 13:37
Böyük Britaniya səfiri AVRO-2020-də İngiltərənin çempion olacağına inanır
Ceyms Şarp

“Futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsi çərçivəsində şənbə günü Bakıda keçiriləcək Çexiya-Danimarka oyununa getməyə ümid edirəm”.

Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirib.

“Kimin qalib gələcəyi mənim üçün vacib deyil”, - səfir oyunun nəticəsi ilə bağlı şərh bildirərkən deyib.

Diplomat bildirib ki, çempionatda İngiltərə yığmasına azərkeşlik edir.

“İngiltərə qalib gəlməlidir. Mənim İngiltərəyə azərkeşlik edirəm və onun qalib gələcəyinə ümid edirəm”, - Ceyms Şarp deyib.

Xatırladaq ki, bu gündən etibarən Futbol üzrə Avropa Çempionatının ¼ final mərhələsinə start verilir.

Çiçək Məmmədova

Son xəbərlər

Orphus sistemi