Böyük Britaniyanın Azərbaycandakı səfiri "Qarabağ" və "Çelsi"yə dəstək verib

Böyük Britaniyanın Azərbaycandakı səfiri "Qarabağ" və "Çelsi"yə dəstək verib Səfir "Niyə də yox?!" deyib
Futbol
22 Noyabr , 2017 11:43
Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağ və Çelsiyə dəstək verib

Bakı. 22 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından əvvəl hər iki kluba dəstək verib.

"Report"un məlumatına görə, xanım diplomat səfirliyin "Twitter" səhifəsində üzərində "Qarabağ" və "Çelsi" yazılmış şarfla foto paylaşıb. Onun adından azərbaycanca "Niyə də yox?!" sözləri də yazılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi