"Borussiya" klubu texniki direktorunu baş məşqçi təyin edib

"Borussiya" klubu texniki direktorunu baş məşqçi təyin edib Almaniyanın "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi bəlli olub.
Futbol
23 May , 2022 18:41
Borussiya klubu texniki direktorunu baş məşqçi təyin edib

Almaniyanın "Borussiya" (Dortmund) klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" Dortmund təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın sükanı arxasına Edin Terziç gətirilib. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Terziç bu vəzifədə Marko Rozeni əvəzləyib. Gənc mütəxəssis bunadək "Borussiya"nın texniki direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, Edin Terziç daha əvvəl Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Hem" klublarında köməkçi məşqçi işləyib.

Son xəbərlər

Orphus sistemi