Bolqarıstanlı futbolçu: "Qəbələ" ilə oyunda gözəl futbol olmadı"

Bolqarıstanlı futbolçu: "Qəbələ" ilə oyunda gözəl futbol olmadı" Bolqarıstanın Etar klubunun futbolçusu Aleksandr Dülgərov Türkiyənin Antalya bölgəsində Qəbələ ilə keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.
Futbol
23 Yanvar , 2020 09:20
Bolqarıstanlı futbolçu: Qəbələ ilə oyunda gözəl futbol olmadı

Bolqarıstanın "Etar" klubunun futbolçusu Aleksandr Dülgərov Türkiyənin Antalya bölgəsində "Qəbələ" ilə keçirdikləri yoxlama oyunu haqda fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, klubun rəsmi saytına danışan 29 yaşlı müdafiəçi güclü rəqibə qarşı oynadıqlarını açıqlayıb. 

"Qanunauyğun nəticədir. Gözəl futbol olmadı, amma Azərbaycan Kubokunun qalibi olan komandaya qarşı oynadıq. Ümid edirəm ki, biz qalxacağıq və qoy, azarkeşlər bizimlə olsun. Yüksək liqada qalmaq üçün 100 faiz gücümüzü ortaya qoyacağıq" deyə o vurğulayıb.

Qeyd edək ki, "Qəbələ" - "Etar" matçı qolsuz yekunlaşıb - 0:0. 

Son xəbərlər

Orphus sistemi