Bolqarıstanda futbol komandasının məşqçisini  ildırım vurub

Bolqarıstanda futbol komandasının məşqçisini  ildırım vurub Bolqarıstanın futbol komandasının məşqçisi matç zamanı ildırım vurması nəticəsində ölüb.
Futbol
31 Avqust , 2021 05:29
Bolqarıstanda futbol komandasının məşqçisini  ildırım vurub

Bolqarıstanın futbol komandasının məşqçisi matç zamanı ildırım vurması nəticəsində ölüb.

“Report”un məlumatına görə, bu barədə BTA dövlət informasiya agentliyi bildirib.

Qeyd edilir ki, hadisə “Lessiçovo” və “Çernoqorovo” komandaları arasında yoldaşlıq matçı zamanı olub.

Qonaq komandanın 41 yaşlı məşqçisi İvan Rançev oyun başladıqdan sonra ildırım vurması nəticəsində ölüb.

Hadisə zamanı bir neçə futbolçunu zərbə dalğası vurub, amma onlar ağır xəsarət almayıblar.

Mer Dimitar Vrinçev yerli KİV-ə bildirib ki, futbol matçı yerli vaxtla saat 18:30-da başlayıb. Bundan az sonra yağış yağıb. "Göy guruldayıb və ildırım meydançanı vurub", - Vrinçev yerli KİV-ə deyib.

"İldırım İvan Rançevi və bizim komandamızın futbolçusunu vurub. Onların ikisi də yerə yıxılıblar”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi