Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib

Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib "O, elə öz futbolçularımız səviyyəsindədir"
Futbol
21 Yanvar , 2017 12:47
Bolqarıstan klubu azərbaycanlı futbolçunu bəyənməyib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bolqarıstanın "Slaviya" klubu azərbaycanlı futbolçu Mirkamil Həşimlini bəyənməyib. "Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vladimir İvanov "gong.bg" saytına açıqlamasında bildirib.

O, 21 yaşlı yarımmüdafiəçini Türkiyənin Antalya bölgəsində Qazaxıstan "İrtış"ına 3:1 hesabı ilə qalib gəldikləri yoxlama matçında sınaqdan çıxardıqdan sonra belə qənaətə gəlib. Həşimliyə bir hissə şans verən İvanov gənc oyunçunun bolqarıstanlı həmyaşıdlarından müsbət mənada fərqlənmədiyini söyləyib: "Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədir. Bizim siyasətimiz ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".

Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbağça" klubunun formasını geyinib. Amma "Qalatasaray"la oyunda sol ayağından zədə alan yarımmüdafiəçi Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş Həşimli hazırda klubsuzdur. 

Son xəbərlər

Orphus sistemi