Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan "MDB və Baltik ölkələri çempionlarının Birlik Kuboku" beynəlxalq turnirində təmsil olunmayacaq.
"Report" TASS agentliyinə istindən xəbər verir ki, bu barədə Birlik Kuboku Komitəsinin direktor müavini İqor Kiselyev məlumat verib.
O bildirib ki, Ukrayna Futbol Federasiyası hələ ki, turnirdə iştirakla bağlı dəvətə cavab verməyib. Azərbaycan, Ermənistan, Gürcüstan və Özbəkistan nümayəndələri isə idman səbəblərini əsas gətirərək turnirdə iştirakdan imtina ediblər.
Yanvarın 16-da Sankt-Peterburqda start götürəcək turnir sayca 23-cü olacaq. Turnirə yanvarın 25-də yekun vurulacaq.