"Çelsi"nin futbolçuları sanksiyalara görə klubdan ayrılmaq istəyir

"Çelsi"nin futbolçuları sanksiyalara görə klubdan ayrılmaq istəyir İngiltərə "Çelsi" klubunun bəzi futbolçuları London təmsilçisini tərk edə bilər.
Futbol
12 Mart , 2022 13:46
Çelsinin futbolçuları sanksiyalara görə klubdan ayrılmaq istəyir

İngiltərənin "Çelsi" klubunun bəzi futbolçuları London təmsilçisini tərk edə bilər.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, buna "zadəganlar"ın sahibi Roman Abramoviçin sanksiyalara məruz qalması səbəb olub.

Oyunçular maliyyə vəziyyətinin pisləşəcəyi və maaşları gecikəcəyi təqdirdə müqaviləyə xitam vermək imkanını nəzərdən keçirəcəklər. Artıq bəzi futbolçular sözləşmənin ləğvi variantını müzakirə emək üçün vəkillərlə əlaqə saxlayıb.

Qeyd edək ki, Böyük Britaniya hökuməti martın 10-da Roman Abramoviçə sanksiyalar tətbiq edib. Rusiyalı iş adamının, o cümlədən klubun aktivləri bloklanıb.

Son xəbərlər

Orphus sistemi