Bakı. 4 mart. REPORT.AZ/ Azərbaycanda gender bərabərliyinin dəstəklənməsi və 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı yoldaşlıq oyunu keçirilib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri və qızlardan ibarət milli komandanın (U-17 və U-19) futbolçuları iştirak ediblər.
Tədbir Birləşmiş Millətlər Təşkilatı (
“Gendər bərabərliyi və qızların səlahiyyətləndirilməsini təşviq etmək üçün Azərbaycanın ulduz futbolçuları ilə birlikdə oynamaq çox maraqlı idi”, - deyə BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib. O, AFFA-ya, diplomatik missiya nümayəndələrinə, HОMS-a və BMT əməkdaşlarına iştirak və dəstəklərinə görə təşəkkür edib.
AFFA-nın Kütləvi futbol departamentinin rəhbəri Cahangir Həsənzadə BMT-nin Azərbaycandakı nümayəndəliyinə qadın futbolu və gender bərabərliyinə verdiyi davamlı dəstəyə görə minnətdarlığını bildirib. О, bu sahədə görülən işlərə görə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə mükafat və təşəkkürnamə təqdim edib.