"Qarabağ"ın kapitanı: "Beynəlxalq oyunlarımızı Ağdamda keçirməyi çox arzulayırıq"

"Qarabağ"ın kapitanı: "Beynəlxalq oyunlarımızı Ağdamda keçirməyi çox arzulayırıq" Bakı. 26 fevral. REPORT.AZ/ Xüsusilə yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal olunub, amma bu müvəqqətidir.
Futbol
26 Fevral , 2019 20:17
Qarabağın kapitanı: Beynəlxalq oyunlarımızı Ağdamda keçirməyi çox arzulayırıq
Rəşad Sadıqov

Bakı. 26 fevral. REPORT.AZ/ "Xüsusilə yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal olunub, amma bu müvəqqətidir".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Matç TV-yə müsahibəsində deyib. 

"Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Qurban Qurbanov imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı formanın şərəfini qoruduğumuzu yadımıza salır", - deyə 37 yaşlı təcrübəli futbolçu bildirib.

Son xəbərlər

Orphus sistemi