“Beşiktaş” Xorvatiya millisinin futbolçusu ilə müqavilə bağlayıb

“Beşiktaş” Xorvatiya millisinin futbolçusu ilə müqavilə bağlayıb Domaqoy Vida 3,5 illik sözləşməyə imza atıb
Futbol
23 Dekabr , 2017 10:48
“Beşiktaş” Xorvatiya millisinin futbolçusu ilə müqavilə bağlayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyənin “Beşiktaş” klubu Xorvatiya millisinin futbolçusu Domaqoy Vidanı heyətinə qatıb.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Vidanın Kiyev "Dinamo"su ilə sözləşməsinin müddəti başa çatdığı üçün transfer pulu ödənilməyəcək. Xorvatiyalı futbolçu 2018-ci il yanvarın 3-də "Beşiktaş"ın Antalya toplanışına qoşulacaq.

Qeyd edək ki, Vida daha əvvəl vətənində “Osiek”lə Zaqreb “Dinamo”sunun və Almaniyanın “Bayer” klublarının formasını geyinib. O, 2010-cu ildən çıxış etdiyi Xorvatiya yığmasında 42 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi