"Beşiktaş" "Neftçi" ilə oyundan öncə ulduz futbolçunu transfer edib

"Beşiktaş" "Neftçi" ilə oyundan öncə ulduz futbolçunu transfer edib "Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı İngiltərə "Liverpul"u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleni heyətinə qatıb.
Futbol
14 avqust 2023 10:32
Beşiktaş Neftçi ilə oyundan öncə ulduz futbolçunu transfer edib

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibi olan Türkiyə "Beşiktaş"ı İngiltərə "Liverpul"u ilə müqaviləsinin müddəti başa çatan Aleks Oksleyd-Çemberleni heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" 30 yaşlı yarımmüdafiəçini azad agent kimi transfer edib.

İstanbulda olan ingiltərəli oyunçu tezliklə 2 illik müqaviləyə imza atacaq. Onun yeni komandasındakı məvacibi isə illik 2 milyon avro olacaq.

Çemberlen ötən mövsüm "Liverpul"un heyətində 13 oyuna çıxıb və 1 qol vurub. O, daha əvvəl ölkəsində "Sauthempton" ve "Arsenal"ın da formalarını geyinib.

Qeyd edək ki, "Neftçi" və "Beşiktaş" arasında Bakıda keçirilən ilk oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı isə avqustun 17-də İstanbulda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi