"Fənərbağça"ya gedən baş məşqçini "Beşiktaş"ın məşqçisi əvəzlədi

"Fənərbağça"ya gedən baş məşqçini "Beşiktaş"ın məşqçisi əvəzlədi Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbol
6 Avqust , 2020 09:49
Fənərbağçaya gedən baş məşqçini Beşiktaşın məşqçisi əvəzlədi
Çağdaş Atan

Türkiyənin "Alanyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Report" "Haberturk" nəşrinə istinadən xəbər verir ki, komanda hazırda "Beşiktaş"a rəhbərlik edən Sərgən Yalçının köməkçisi Çağdaş Atana tapşırılıb.

Alanyada klub rəhbərliyi ilə görüşən 40 yaşlı mütəxəssislə razılıq əldə olunub. Bu gün isə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Gənc mütəxəssis "Fənərbağça"nın sükanı arxasına keçən Erol Bulutu əvəzləyib. 

Qeyd edək ki, Çağdaş Atan daha əvvəl "Alanyaspor"da Sərgən Yalçının köməkçisi vəzifəsində çalışıb. 

Son xəbərlər

Orphus sistemi