"Beşiktaş” klubu baş məşqçisi ilə yollarını ayırıb

"Beşiktaş” klubu baş məşqçisi ilə yollarını ayırıb Türkiyənin Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.
Futbol
24 Yanvar , 2020 23:55
Beşiktaş” klubu baş məşqçisi ilə yollarını ayırıb

Türkiyənin "Beşiktaş” klubu baş məşqçisi Abdullah Avcı ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub. Avcıya təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, son olaraq Türkiyə Kubokunun 1/16 final mərhələsində “Erzurumspor”a evdə 2:3 məğlub olan “Beşiktaş" mübarizəni erkən dayandırıb. İstanbul klubu hazırda Superliqada 30 xalla 7-ci pillədədir.

Son xəbərlər

Orphus sistemi